Sevgi lyrics

Sevgi vardır ki, dodaqlarda açar güllerini,
Sevgi vardır ki, bir az qar kimi, rüzgar kimidir.
Sevgi vardır, oxudur qelbi de bülbüllerini,
Böyle bir sevgi menim ruhumu oxşar kimidir.

Sevgi vardır ki, uzaqdan bize parlaq görünür,
Ona yaxlaşmayalım çünki o zülmetle dolu.
Sevgi vardır ki, düşer yerlere daim sürünür,
Öyle bir sevgi de min dürlü xeyaletle dolu.

Sevgi vardır ki, bahardan bize güller getirir,
İçe zeqqum ve zeher, qoxlama, qelbin qanayar.
Sevgi vardır üzüxoş, daxili bir qorxulu yar.

Sevgi vardır bize çox dadlı emeller getirir,
Feqet hepsinde qaranlıq geceler kölgesi var.
Sevgilerde qarışıq bilmeceler kölgesi var.

Share: