• background
  • background
  • background
  • background
  • background
  • background



Abbas Bağırov - Ay sevgilim

Abbas Bağırov
Yel toxundu yarpaqlara,
Nəğmə qondu dodaqlara,
Durub baxdım uzaqlara,
Səni gördüm, ay sevgilim.

Bir mehriban üz görəndə,
Bir cüt ala göz görəndə,
Qara xallı üz görəndə,
Səni gördüm, ay sevgilim.

Ya özümdən küsəndə mən,
Ya fikirli gəzəndə mən,
Gözəllərin gözündə mən,
Səni gördüm, ay sevgilim.

Bir mehriban üz görəndə,
Bir cüt ala göz görəndə,
Qara xallı üz görəndə,
Səni gördüm, ay sevgilim.

Share:

Abbas Bağırov - other songs