Menim Felsefem lyrics

İnteqral, kosinus, sinus və 1dəki tangens.
Onlar kimi məni bezdirən dostları katangens.
Yığıblar məni boğaza, lomka məni bürüyür,
Koordinant sistemi X oxuna bağlayıb sürüyür.
'URAN gəl dərsi danış' Müəllim 11 ildir danışıram.
Müəllim mən elmdən Rep Fəlsəfəsinə aşıram.
Başa düşün, bu mənlik deyil, dərs, kitab sizinki!
'Otur aşağı semestrdə alacaqsan sən iki! Zibil. Bircə bu çatışmırdı. Müəyyən sonsuzluq.
Müsbət, mənfi sonsuzluq, qəlbimdə edir buzluq.
Kök altından çıxıram hər dəfə kvadrat həyata.
Az qalıram düşüm ibtidai funksiyaya, son qata.
Pifaqor 1 qələt eliyib, bəs biz indi nə edək?
Bəlkə 3 bucağ dayıgilə teorem gününə gedək?
Katetlə hipetonuzun yerlərini dəyişdirək.
Arximedin ağız-burnuna qoyaq, üz-gözün şişdirək.
Mənimçin fərqi yox 10, 100, 1000, 1000000,
Mənimçin fərqi yox qram, kiloqram yaxud da ton.
Mənimçin fərqi yox, sadə vurma cədvəli.
Amma bilirəm bu cədvəl bir çox şeyin əvvəli.
Həyatın təməli na mə`lum, məçhulla kvadrat tənlik.
İncimə riyaziyyat, sənə mən deyirəm hələlik.
Kupletin, cümlənin, sözün hecanın, taktın sayı,
Bunlardır mənim beynimin riyaziyyatdan olan payı.

Mənim Fəlsəfəm, mən özüm sənə əbədi olaraq hədəfəm,
Ağ vərəqdə olan tünd tərəfəm,
Mənim ilk dəfəm, mənim son dəfəm,
Mənim Fəlsəfəm, səni anlamayanda mən bikefəm,
Cümləndə olan qalan hərifəm,
Mənim Fəlsəfəm, mənim fəlsəfəm.

Ümumdünya cazibə qüvvəsi. Mənə görə sadəcə
Yorğun olarkən çarpayıya yapışmaq həvəsi.
Əgər alma deyil, Nyutonun başına kərpic dəysə
Belə çıxır hər şey havaya uçmalıdır?! Nəsə
Başa çox şey deyə bilər, məsələn deyə bilər Lom,
Görəsən başın müqaviməti zərbəyə qarşı neçə om?!
Bə`zən oxunan 10 tom kitab
İstənilən dolu beynin için edə bilər boş 1 qab. Cərəyan mənbəyi, tre, yazılan mövzünun ipi,
Tanıyıram dinamik və yaxud statistik repi.
Adətən sökür dinamikdəki olan maksimum bası
Yazdığım sətrlərin enerji reaksiyası.
Cümlənin fiziki xassəsi, tempratur, istilik
MƏ`NASIZ ŞEYLƏR verir mənə lazım olan bilik.
Fiziki hissəcik deyiləm, bu haqda sonra
İndi istərdim nəqarətlə verim mən 1 az ara.

Mənim Fəlsəfəm, mən özüm sənə əbədi olaraq hədəfəm,
Ağ vərəqdə olan tünd tərəfəm,
Mənim ilk dəfəm, mənim son dəfəm,
Mənim Fəlsəfəm, səni anlamayanda mən bikefəm,
Cümləndə olan qalan hərifəm,
Mənim Fəlsəfəm, mənim fəlsəfəm.

URAN kimyəvi element, tapılıb 1789-da
Cədvəldə sıra nömrəsi 92, onsuzda
Mənə sərf etmir yuxarıda deyilənlər.
Mənimlə razılaşar URANı tanıyıb, bilənlər.
Kəşf olunmuşam 2000-ci il, 9-u mart,
Bax o vaxtdan yazıram, zibilə qoymışam start.
Klanda sıra nömrəm 8, kimyəvi rep cədvəli
Klonlaşdırılmış radioaktiv bərk reper zəli
Qalaktikamızda yerim var, əlbət kosmik fəza,
Fırlanır planet sağ-sol, yolu yaza-yaza.
15 sputnik, bu bir astronomik mə`lumat
İndisə, aparın qeyd, abzas, repaloji izahat.
Qalaktikam küçə, tutduğum yol səhnə,
9 sputnikim var, 9-u da bəsdir mənə.
Mən filosof deyiləm, nədə deyiləm doktor.
Bu reper fəlsəfəsi, nəsə, getdik, motor.

Mənim Fəlsəfəm, mən özüm sənə əbədi olaraq hədəfəm,
Ağ vərəqdə olan tünd tərəfəm,
Mənim ilk dəfəm, mənim son dəfəm,
Mənim Fəlsəfəm, səni anlamayanda mən bikefəm,
Cümləndə olan qalan hərifəm,
Mənim Fəlsəfəm, mənim f&

Share:

Uran other songs